Təranə Tolikdən inciyib: "Ondan çəkinən deyiləm"

Təranə Tolikdən inciyib:  "Ondan çəkinən deyiləm"
4814 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova həmkarı Tolikdən inciyib.

Bu haqda Təranə Axşam.az-a açıqlamasında deyib.

O, Tolikin iyunun 9-da keçirdiyi ad gününə getməməyinin səbəbini açıqlayıb:

“On ildən çoxdur Toliki tanıyıram. O, doğum gününü təntənəli qeyd etməyə başlayandan, hər il təbrik etmişəm. Saymışam, hörmət etmişəm deyə, məclisinə getmişəm. İki dəfə ad günü keçirdim, sayıb gəlməyib. Sayanın quluyam, saymayanın ağası. Bir ədəd qızıl güllə belə məni təbrik etmədi. Ondan çəkinən deyiləm. Bəlkə də bu gün bir çox məşhur ondan qorxur. Toy bazarına düşmək arzusunda deyiləm. O da, mən də prodüserəm. Onu axtaranların mənə də işi düşür. Hansı doğum gününə getmişəm orada olub. Mənimkinə gəlməyib, demək, münasibətimiz düşündüyüm qədər yaxşı deyilmiş”.

Foto: Ramin ASLANOV