Prezident İlham Əliyev "Bakı 2015" Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət liderlərini qəbul edib.
Axşam.az-ın məlumatına görə, dövlət başçıları şərəfinə ziyafət verilib. Mərasimdə ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Ziyafətdə çıxış edən dövlət başçısının daha sonra bir sıra dünya liderləri ilə təkbətək görüşü planlaşdırılır.