Bu axşam final bölümü yayımlanacaq "Medcezir" serialının aktyorları çəkiliş meydançasından fotolar paylaşıblar.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Çağatay Ulusoy, Seranay Sarıkaya, Barış Falay, Hazar Ergüçlü, Taner Ölmez, Defne Kayalar və serialın ssenari müəllifi Ece Yörenç sosial şəbəkədə tamaşaçılarına vida ediblər.
Qeyd edək ki, "Medcezir" bu axşam Bakı vaxtı ilə saat 22:00-da Star TV-də yayımlanacaq.