İtaliyanın məşhur aktrisası Ornella Mutinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıda olduğu haqda xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, aktrisa Bakıdan müxtəlif fotolar paylaşaraq şəhəri sevdiyini yazıb.
Qeyd edək ki, bu, Mutinin paytaxtımıza ilk səfəri deyil. O, 2013-cü ildə “Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” tədbirinin aparıcısı olub.