“Bakı 2015” Avropa Oyunlarının açılış mərasimində ABŞ-lı müğənni Ledi Qaqa çıxış edib.
Axşam.az-ın məlumatına görə, Con Lennonun repertuarından "İmagine" mahnısını oxuyan dünyaca məşhur ulduz səhnədən düşəndən sonra ayaqqabılarını soyunub. Stadionda ayaqyalın qaçan ifaçı fotokameramıza tuş gəlib.
Qeyd edək ki, Ledi Qaqa Bakı ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb.
O, “Tamaşaçılarla çox gözəl vaxt keçirdik. İfa zamanı elə hiss etdim ki, sanki mənim yataq otağımdayıq və mahnı oxuyuruq. Həyat çox sadədir” deyə, yazıb.
Foto: Azad BAĞIROV