“Bakı 2015”in açılışından özəl fotolar

“Bakı 2015”in açılışından özəl  fotolar
3548 dəfə oxunub
  • A-
  • A
  • A+
Olimpiya stadionunda “Bakı 2015” İlk Avropa Oyunlarının gözlənilən möhtəşəm açılış mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı arasında yerli sakinlərlə yanaşı dünyanın dörd bir yanından bu möhtəşəm şounu izləməyə gələn turistlər, ictimai və siyasi xadimlər, idmançılar da var idi.

Onlar unudulmaz tarixi anın şahidi olublar.

Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.

Açılış mərasimini hazırlayan heyətin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioanno olub. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb. Səhnənin quraşdırılması üç aya başa gəlib.

Bir sıra maraqlı məqamlar və sürprizlərlə yadda qalan gecədən fotokameramıza tuş gələn anları təqdim edirik:

Foto: Ramin ASLANOV