Çempionumuzdan İlham Əliyevə hərbi salam - video+fotolar

Çempionumuzdan İlham Əliyevə hərbi salam -  video+fotolar
7698 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində final görüşü keçirilib.

Axşam.az-ın məlumatına görə, təmsilçimiz Rəsul Çunayev finalda macar Balint Korpası ilə mübarizə aparıb. Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibini 3:1 hesabı ilə məğlub edib. Final görüşünü ölkə başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da canlı izləyib.

Bununla Rəsul Çunayev güləşdə millimizin ilk qızılını qazanıb. Qələbədən sonra Çunayev Azərbaycan bayrağını götürərək meydanda dövrə vurub. Daha sonra prezident, Ali Baş komandan İlham Əliyevə hərbi salam verib. (anspress.az)