Güləşçilərimiz bu gün 3 medal qazandı - Fotolar

Güləşçilərimiz bu gün 3 medal qazandı - Fotolar
18592 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışıb.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında baş tutan görüşlərdə Azərbaycan güləşçiləri bu gün bir qızıl, bir bürünc, bir gümüş medal qazanıblar.

75 kq
1/16 final - Riçard Riqo (Slovakiya) - Elvin Mürsəliyev 0:8
1/8 final - Elvin Mürsəliyev - İonel Puskasu (Rumıniya) 2*:2
1/4 final - Çingiz Labazanov (Rusiya) - Elvin Mürsəliyev 2:4
1/2 final - Elvin Mürsəliyev - Zurabi Datunaşvili (Gürcüstan) 3:2
FİNAL - Viktor Nemes (Serbiya) - Elvin Mürsəliyev 1:5

Qızıl medal uğrunda mübarizədə Azərbaycan güləşçisi Elvin Mürsəliyev Serbiya təmsilçisi Viktor Nemeslə qarşılaşıb. Görüşdə pəhləvanımız rəqibini 5:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının çempionu adını qazanıb.

130 kq dərəcəsində qızıl medal uğrunda mübarizədə Azərbaycan pəhləvanı S.Şəriəti və Türkiyə güləşçisi Rza Kayaalpla qarşılaşıb.

Çempionluq görüşündə güləşçimiz qardaş ölkə təmsilçisinə 1:3 hesabı ilə məğlub olaraq Avropa Oyunlarının gümüş medalına sahib olub.

130 kq
1/8 final - Sabahi Şəriəti - Mikola Kuçmiy (Ukrayna) 8:0
1/4 final - Jakobi Kajaya (Gürcüstan) - Sabahi Şəriəti 2:5
1/2 final - İoseb Çuqoşvili (Beloruz) - Sabahi Şəriəti 0:6
FİNAL - Rıza Kayaalp (Türkiyə) - Sabahi Şəriəti 3:1

Qələbədən sonra Türkiyə idmançısı xalçada Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar Maksimoviç ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız qarşılaşmada 4:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, Yarışların ilk günündə isə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 6-ya çatdırıb.