Tbilisidə güclü daşqın nəticəsində zooparkın bütün vəhşi heyvanları şəhər küçələrinə axın edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, heyvanların axtarışı üçün xüsusi təyinatlılar cəlb olunub. Son məlumatlarda artıq 6 canavarın öldürüldüyü deyilir. Şəhərdə timsah, begemot və pələngin də gəzdiyi bildirilir.
Hadisədən sonra zooparkın iki əməkdaşının meyiti tapılıb.
Qeyd edək ki, Tbilisidə güclü daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb.