Rəqqasə Fatimə Fətəliyeva solo konsert verib.
Axşam.az-ın məlumatına görə, 15 İyun Milli Qurtuluş Gününə həsr olunan tədbir Suraxanıda Heydər Əliyev Parkında baş tutub.
Aparıcılığını Kamran Quliyev və Könül Muxtarovanın etdiyi konsertdə F.Fətəliyeva 12 fərqli rəqs nümayiş etdirib.
Gecədə xalq artisti Səməd Səmədov, müğənni Ayan Babakişiyeva, Yaşar Cəlilov və başqaları mahnılar səsləndirib.
Foto: Ramin ASLANOV