Karateçilərimizin qızıl medal sevinci - fotolar+video

Karateçilərimizin qızıl medal sevinci - fotolar+video
1848 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan karateçiləri dünən keçirilən birinci Avropa Oyunlarında beşinci qızıl medalı qazanıblar.

Axşam.az-ın məlumaına görə, kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Ayxan Mamayev finalda yunanıstanlı atlet Georgius Mikail Tzanosu 2:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda bürünc medalı türkiyəli atlet Uğur Aktaş qazanıb.

Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buxingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.