Avropa Oyunlarında 7-ci qızıl medalı qazandıq - yenilənib+fotolar

Avropa Oyunlarında 7-ci qızıl medalı qazandıq -  yenilənib+fotolar
7000 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəyə qoşulublar.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, güləş yarışlarının üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Mariya Stadnik (48 kq) portuqaliyalı Lilian Santos, Nataliya Sinişin (55 kq) İtaliya təmsilçisi Patrizia Liuzzi, Yuliya Ratkeviç (60 kq) bolqarıstanlı Taybe Yusein, Nadya Muşka (69 kq) isə Rusiya idmançısı Nataliya Vorobyova ilə qarşılaşacaq.

___________________

İkiqat Avropa çempionu Nataliya Sinişin (55 kq) ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olacaq.

Yuliya Ratkeviç (60 kq) isə ilk görüşdə bolqarıstanlı Taybe Yuseinə məğlub olub.

___________________

“London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu Mariya Stadnik birinci Avropa Oyunlarına qələbə ilə başlayıb. “Bakı-2015”-in idman elçisi olan güləşçimiz portuqaliyalı Lilian Santosa qalib gələrək dörddəbir final mərhələsinə adlayıb.

Növbəti mərhələdə güləşçimiz fransalı Julie Sabatie ilə qarşılaşacaq.

____________________

İkiqat Avropa çempionu Nataliya Sinişin ilk görüşündə İtaliya təmsilçisi Patrizia Liuzziyə qalib gələrək dörddəbir mərhələyə yüksəlib.

Güləşçimizin növbəti rəqibi türkiyəli Bediha Gün olub. Rəqibinin kürəyini xalçaya vuran Avropa çempionumuz yarımfinalda isveçli Sofia Mattsson ilə qarşılaşacaq.
_________________________

Sinişina 5:6 hesabı ilə rəqibinə uduzdu.
___________________________

Fransalı Julie Sabatie ilə qarşılaşan Mariya Stadnik tam üstünlüklə rəqibinə qalib gəlib. O, yarımfinalda İvona Matkovski ilə üz-üzə gələcək.
______________________________

Nataliya Sinişin yarımfinalda isveçli Sofia Mattssona məğlub olub. O, birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq.
____________________________

Yarımfinalda polşalı İvona Matkovskanı məğlub edən birinci Avropa Oyunlarının idman elçisi Mariya Stadnik qızıl medal uğrunda Valentina Brik İslamova (Rusiya) - Elitsa Yankova (Bolqarıstan) qarşılaşmasının qalibi ilə mübarizə aparacaq.
_______________________________

Birinci Avropa Oyunlarının dördüncü gününün finalçıları müəyyənləşib. Belə ki, "London-2012" Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionu, "Bakı-2015"-in idman elçisi Mariya Stadnik (48 kq) bolqarıstanlı Elitsa Yankova, Polşa təmsilçisi Katarjina Kravçik (55 kq) isveçli Sofia Mattsson, Rusiya güləşçisi Svetlana Lipatova (60 kq) Marianna Sastin (Macarıstan), israilli İlana Kartiş (69 kq) Ukrayna idmançısı Alina Maxina Stadnik ilə qarşılaşacaq.

İkiqat Avropa çempionu Nataliya Sinişin bürünc medal uğrunda ukraynalı Tatyana Kit ilə üz-üzə gələcək.

_________

Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb.

E.Yankovaya elə 4-cü dəqiqədə vaxtından əvvəl - 12:1 hesabı ilə təmiz qalib gələn güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.

Bu, Azərbaycanın Avropa Oyunlarında 7-cı qızıl medalıdır.

_________

Nataliya Sinişin bu gün 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Tetyana Kitə 10:0 hesabı ilə tam qalib gələn güləşçimiz Avropa Oyunlarının bürünc medalını qazanıb.