Sinxron üzgüçülük yarışlarından fotolar

Sinxron üzgüçülük yarışlarından  fotolar
1420 dəfə oxunub
  • A-
  • A
  • A+

Üzgüçülər arasında fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçiləri Valeriya Filenkova və Dariya Kulaqina dueti qalxıb.

Axşam.az-ın məlumatına görə, onlar gözəl kompozisiya nümayiş etdirərək münsiflər heyəti tərəfindən 169,0568 bal alıblar.

Gümüş medala Avstriya dueti Anna-Mariya Alexandri – Eirini-Marina Aleksandri layiq görülüb. Bu duetin nəticəsi 162,8395 balla qiymətləndirilib. 161,6500 bal toplayan Ukrayna dueti Yana Nariyezna – Yelizaveta Yaxo isə bürünc mükafatla təltif olunub.

_____________________________________________

Bakı Su İdmanı Sarayında “Bakı-2015” Avropa Oyunlarının sinxron üzgüçülüyün duet növü üzrə final görüşləri start götürüb.

Finala 12 duet vəsiqə qazanıb. Bu mərhələdə İsveçrə (71.5182), Belarus (72.5636), Böyük Britaniya (69.2659), Türkiyə (69.5864), Fransa (70.6864), Hollandiya (70.9273), Rusiya (79.7568), Avstriya (76.9728), İspaniya (74.7046), İtaliya (74.1932), Ukrayna (74.3500), Yunanıstan (74.0772) duetləri mübarizə aparacaqlar.

Hələlik Fransa dueti 152.7197 balla liderlik edir.

Foto: Ramin ASLANOV