Su polosu üzrə yarışlardan fotolar

Su polosu üzrə yarışlardan  fotolar
932 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları çərçivəsində iyunun 15-də su polosu üzrə yarışları davam etdirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, su polosu yarışlarının dördüncü günündə kişilər arasında 8, qadınlar arasında isə 6 oyun keçirilib.

Kişilər arasında mübarizənin “A” qrupunda Ukrayna-İtaliya, Fransa-Rusiya, “B” qrupunda Rumıniya- Macarıstan, Almaniya-Azərbaycan, “C” qrupunda Monteneqro-Türkiyə, Yunanıstan-Xorvatiya, “D” qrupunda Serbiya- Malta, İspaniya və Slovakiya qarşılaşmaları keçirilib.

Qadınların yarışında isə “A” qrupunda Böyük Britaniya və İsrail, Yunanıstan-Almaniya və Niderland-Macarıstan komandaları qarşılaşıb.

“B” qrupunda isə Serbiya-Fransa, İspaniya-Slovakiya və İtaliya ilə Rusiya komandaları yarışacaq.

“C” qrupunda Monteneqro-Türkiyə qarşılaşması 11:6, “D” qrupunda Serbiya millisi Malta komandasına 18:3 hesabla qalib gəlib. Qadınların yarışmasında isə Serbiya millisi fransızlara 7:9 hesabla məğlub olub.

Kişilərin mübarizəsində Azərbaycan yığması Almaniya komandasına 7:17 hesabı ilə məğlub olub.

Qadınların yarışında isə İtaliya-Rusiya qarşılaşmasında qalib müəyyənləşməyib – 11:11.

Foto: Ramin ASLANOV