Stadnikə medalı Mehriban Əliyeva təqdim etdi - fotolar

Stadnikə medalı Mehriban Əliyeva təqdim etdi - fotolar
1222 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında sərbəst güləş yarışlarını izləyənlər arasında prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da yer alıb. 

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, ölkə başçısı və xanımı millimizin üzvü Mariya Stadnikin final qarşılaşmasını izləyiblər.

Mariya Stadnikin final görüşü maraqlı və gərgin mübarizə şəraitində keçib. Bolqarıstanlı Elitsa Yankova ilə üz-üzə gələn Stadnik rəqibini 12:1 hesabı ilə məğlub edib və birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Beləliklə, Azərbaycan öz aktivinə daha bir qızıl medal yazıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva medalları qalib idmançılara təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səslənib, üçrəngli bayrağımız qaldırılıb.