Bu gün beş boksçumuz yarımfinala çıxdı - yenilənib

Bu gün beş boksçumuz yarımfinala çıxdı -  yenilənib
1589 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının səkkizinci günündə Azərbaycanın iki qadın və dörd kişi boksçusu rinqə çıxıb.

Axşam.az-ın məlumatına görə, beş boksçumuz yarımfinala vəsiqə qazanıb.

Yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdıraraq yarımfinala keçib. Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər arenada qarşılaşmanı izləyiblər.
_________

Azərbaycan boksçusu Albert Səlimov (60) qızıla doğru daha bir addım atıb. Bu dəfə bolqarıstanlı Elian Dimitrov idmançımız qarşısında aciz qalıb. Görüşdən 3:0 hesablı qələbə ilə ayrılan təmsilçimiz yarımfinala yüksəlib.

Qadınların mübarizəsində ölkəmiz bu dəfə 60-64 kiloqram çəki dərəcəsində Avropa çempionu, dünya çempionatının mükafatçısı Yelena Vıstropova ilə təmsil olunub. O, yarımfinala gedən yolda Böyük Britaniya idmançısı Sandi Rayan ilə üz-üzə gəlib. Təmsilçimiz Britaniyalı idmançıya 2:1 məğıub olub.

_________________

Azərbaycanı birinci yarım-orta (64 kq) çəkidə təmsil edən Kuba əsilli Kollazo Sotomayor 1/4 finalda Rumıniya boksçusu Daniel Nikulesku ilə döyüşdən qalib ayrılıb və yarışların yarımfinalına vəsiqə əldə edib.

______________

Yarım-orta (69 kq) çəkidə boksçumuz Pərviz Bağırov 1/4 finalda rinqdə Almaniya idmançısı Abas Barounu 3:0 məğlub edib.

______________
 
Ağır (91 kq) çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev Fransa təmsilçisi Pol Omba Bionqolonu yolundan kənarlaşdırıb. O, 3:0 qalib gələrək yarımfinala çıxıb.