Basketbolçularımız bu gün 2 qələbə qazandı - yenilənib

Basketbolçularımız bu gün 2 qələbə qazandı -  yenilənib
1096 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində iyunun 23-də Avropa Oyunları Parkında kişilər və qadınlar arasında 3x3 basketbol yarışı başlayıb.

Axşam.az-ın məlumaına görə, kişi və qadın komandaların dörd qrupda mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmağa çalışırlar.

“D” qrupunda yarışların ilk günündə Andorra-İsveçrə, Azərbaycan-Çexiya və Azərbaycan-İsveçrə qarşılaşmaları keçirilib.
 
Azərbaycan millisi qrupdakı ilk oyununda Çexiya yığması üzərində 17:14 hesabı ilə qələbə qazanıb. Komandamız qrupdakı ikinci oyununda İsveçrə kollektivinə 17:9 hesabı ilə qalib gəlib. İsveçrə 16:10 hesabı ilə Andorradan üstün olub.

Qadınların yarışlarında isə “A” qrupunda Niderland-Yunanıstan, Azərbaycan-İsveçrə, Yunanıstan-İsveçrə görüşləri oynanılıb. “A” qrupunda Yunanıstan komandası Niderland kollektivinə 13:8 hesabı ilə qalib gəlib. İsveçrə yığması Yunanıstandan 18:16 hesabı ilə üstün olub. Azərbaycanın qadın basketbolçuları İsveçrə yığması ilə görüşdə rəqibə ciddi müqavimət göstərə bilməyiblər – 11:15.

İyunun 24-də qadınların yarışında “A” qrupunda Azərbaycan-Niderland, Niderland–İsveçrə, Yunanıstan-Azərbaycan, kişilərin mübarizəsində isə “D” qrupunda Çexiya-Andorra, Andorra –Azərbaycan, İsveçrə-Çexiya görüşləri keçiriləcək.

Ümumilikdə, 32 komandanın mübarizə aparacağı və dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.