Ardanın gələcək qayınatası həbsdən çıxdı – fotolar

Ardanın gələcək qayınatası həbsdən çıxdı – fotolar
3168 dəfə oxunub
  • A-
  • A
  • A+
Futbolçu Arda Turanın sevgilisi Aslıhan Doğanın həbsdə olan atası Sabri Doğan azadlığa çıxıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sevgilisi ilə evlənmək üçün gələcək qayınatasının həbsdən çıxmasını gözləyən futbolçuya müjdə verilib.

Vergi borcu səbəbindən ölkədən kənara getməsi qadağan edilən, lakin bu qadağanı pozmaq istədiyinə görə tutulan Sabri Doğanın avqustda təxliyyəsi gözlənilsə də, tarix bir qədər qabağa çəkilib. İş adamı azad olduqdan sonra qızı və xanımı ilə restoranlardan birinə yollanıb.

O, jurnalistlərin “Arda Turan ailəsi ilə sizə gəlib Aslıhan xanımı istəyəcək” sualına cavab verməyib.