Elzanın "Ağ-qara dünya"sı - fotolar

Elzanın "Ağ-qara dünya"sı -  fotolar
2416 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan bu dəfə qəfəsi xatırladan libas geyinib.

Axşam.az-ın məlumatına görə, münsif olduğu “Azərbaycanın səsi” yarışmasına fərqli imicdə gələn müğənni hamını təəccübləndirib.

E.Seyidcahan bu geyiminin "Ağ-qara dünya" adlandığını bildirib:

“Bunu bir əsər adlandırıram. Modelyer Şəlalənin ideyasıdır. Libasım tamaşaçıların marağına səbəb oldu. Kimi onu qəfəsə, kimi də arı pətəyinə oxşatdı. Mənim işlərim hər zaman müzakirə olunub. Bütün müğənnilər mənim kimi müzakirə obyektində olmağı arzulayır. Amma bunun qarşısında dayanmaq hər adamın işi deyil".