Avstraliyalı super model Miranda Kerr “Swarovski” brendinin reklamına çəkilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model 2015-2016-cı ilin payız-qış kolleksiyasını təqdim edib. Fotosessiya zamanı Miranda sırğa, üzük, qolbağı və saatları nümayiş etdirib.
Qeyd edək ki, Miranda Kerrlə “Swarovski” brendinin əməkdaşlığı 2013-cü ildən başlayıb.