Xalq artisti Nazpəri Dostəliyevanın həyatında xoş məqamlar yaşanır.
Müğənni bu yaxınlarda üçüncü dəfə nənə olacaq.
Bu haqda Axşam.az-a xalq artisti özü məlumat verib:
“Bir müddət öncə ikinci dəfə nənə oldum. Balaca Nazpərim dünyaya gəldi. Yenə nənə olmağa hazırlaşıram. Üçüncü nəvəm yoldadır. Xoşbəxt anayam, nənəyəm və sənətkaram. Məni bütün Azərbaycan xalqı sevir”.
Bakıya yenicə qayıdan N.Dostəliyevanın sözlərinə görə, bir müddətdir ərəb ölkələrində istirahət edir:
“Yay istirahətimə indidən başlamışam. 15 gündür ərəb ölkələrində idim. Bakıya bir gün əvvəl qayıtmışam. Bu gün də xaricə yollanıram. Yerimi deməyəcəm. Çünki sevənlərim axtarıb, harada olduğumu tapırlar. Mən isə sakit dincəlmək istəyirəm”.
Xalq artisti İlhamə Quliyeva ilə aralarındakı qalmaqalla bağlı suallara isə müğənni belə cavab verib:
“Gözəl günlər məni heç vaxt tək buraxmayıb. Allah Nazpəriyə o qədər səbr verib ki... Bütün gözəlliklərini mənə bəxş edib. Tanrımın verdiklərindən razıyam. Ona görə də sakit dururam və susuram”.
Qeyd edək ki, N.Dostəliyevanın Əkbər və Əli adlı oğulları var. Əkbər oğlan və qız atasıdır.
Foto: Ramin ASLANOV