ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, verilişin budəfəki bölümündə də bir-birindən maraqlı iştirakçılar yarışıb.
Münsif kürsüsündə əyləşən xalq artisti Nisə Qasımova canlı yayıma gecikib. O, tamaşaçılardan buna görə üzr istəyib:
“İş qəzası olmuşdu. Buna görə də canlı yayıma gecikdim”.
Esmira adlı iştirakçının “Ayrılıq” adlı mahnını ifa etməsi N.Qasımovanı kövrəldib. Göz yaşlarını saxlaya bilməyən müğənni özü də bəstəni oxumağa başlayıb.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi "Azərbaycanın səsi” yarışmasının digər münsifləri əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə və Elton Hüseynəliyevdir.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.