"Bakı-2015": millimizdə şok itki

"Bakı-2015": millimizdə şok itki
3348 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" I Avropa Oyunlarında uğurlu çıxışı ilə diqqət çəkən Azərbaycanın boks yığması ciddi itki ilə üzləşib.

Axşam.az-ın Qol.Az-a istinadən məlumatına görə, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən boksçumuz Məhəmmədrəsul Məcidov böyük ehtimalla, sabah yarımfinal döyüşünə çıxa bilməyəcək.

Buna onun 1/4 finalda Türkiyə təmsilçisi Əli Dəmirəzənlə görüşdə qaşından və gözündən ciddi zədə alması səbəb olub. 

Həkimlərin Məcidovun sabah rusiyalı Qasan Qimbatovla yarımfinal döyüşünə çıxmasına icazə vermədiyi bildirilib.
 
Qeyd edək ki, 1/4 finalda türkiyəli Əli Dəmirəzəni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa və dünya çempionumuz "Bakı-2015"i bürünc medalla başa vurub.

M.Məcidovun zədə aldığı "Bakı-2015"in 1/4 final döyüşündən şəkilləri təqdim edirik: