Riçard Gir gənc sevgilisi ilə yaxta gəzintisində - fotolar

Riçard Gir gənc sevgilisi ilə yaxta gəzintisində - fotolar
1659 dəfə oxunub
  • A-
  • A
  • A+
65 yaşlı Hollivud ulduzu Riçard Gir 32 yaşlı sevgilisi Silva ilə İtaliyada tətil edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gənc sevgilisi ilə Siciliyada yaxta gəzintisinə çıxan aktyor Aleksandra Silva ilə romantik anlar yaşayıb. İspan sevgilisi və gəmidəki heyətlə də zarafatlaşan Riçard daha sonra suya atılıb.

Qeyd edək ki, Aleksandra ispan iş adamı İqnasio Silvanın qızıdır. Onun ilk evliliyindən Albert adlı bir oğlu var.

Riçard Girin Karey Louellə 11 illik nikahından bir oğlu dünyaya gəlib. Cütlüyün boşanma prosesi hələ də davam edir.