Türkiyənin reytinqli "Kara Para Aşk" serialı finala yaxınlaşır.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş rollarında Engin Akyürek və Tuba Büyüküstün olan ekran işinin yaradıcı heyəti çəkilişlərin bitməsini bir yerdə qeyd ediblər.
T.Büyüküstün sosial şəbəkədə bununla bağlı kədərli mesaj yazıb:
"... Yolun ortasında dizlərimin üzərinə çökdüm. Vaz keçmək istədim, amma "ayağa qalx" dedilər. Komanda belə bir şeydir. Yıxılanda səni yenidən qaldıra bilən... Onlarla bir yerdə bunu bacardım".