60 milyon avroluq futbolçu xanımıyla Bakıya gəlir

60 milyon avroluq futbolçu xanımıyla Bakıya gəlir
2184 dəfə oxunub
  • A-
  • A
  • A+

Madrid “Atletiko”su “Land of fire Azerbaijan” forması altında oyunlara çıxdıqdan sonra İspaniya, o cümlədən Avropa ölkələrində yaşayan insanların Azərbaycana marağı daha da artıb.

Axşam.az xəbər verir ki, bu sözləri Qol.Az saytına açıqlamasında “Atletiko”nun məsləhətçisi İqnasio Aquillo məlumat verib.

Onun sözlərinə görə,  “Bakı” klubunun təşəbbüsü ilə həyata keçən bu proyekt Azərbaycanda turizmin daha da inkişafına yardım edəcək.

Bu layihədən sonra ölkəmizə marağı yarananlar arasında ulduz futbolçular da var. Onlardan sırasında son mövsümü “Atletiko”da keçirən Radamel Falkao da yer alır. Artıq kolumbiyalı futbolçu bu yay həyat yoldaşı ilə birgə Azərbaycanda istirahət etməyə gələcəyini söyləyib.

Qeyd edək ki, futbolçunun transfer qiyməti 60 milyon avrodur.