Müğənni Eminin ötən gün yeni klipini təqdim etməsi haqda xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, sənətçi “Amor” adlanan klipdə 2012-ci ildə dünya gözəli seçilən Olivia Kulpo ilə birgə çəkilib.
Eminin Moskvada yeni açılan “Rose Bar” adlı restoranında baş tutan təqdimat mərasimində müğənni Filip Kirkorov, Yuliya Kovalçuk, Valeriya və digər tanınmışlar iştirak edib.