Dünyanın ən çox qazanan braziliyalı modeli Gisele Bundchen qızı Vivanı dünyaya gətirdikdən 6 ay sonra fotokamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, 32 yaşlı model ideal bədən quruluşu və hədsiz arıqlaması ilə diqqət çəkib.
Gisele bildirib ki, onun bu cür arıqlamasına səbəb doğumdan sonra yoqa və kunq-fu ilə məşğul olmasıdır. Cəsarətli modelin bir dərgi üçün çəkilən ağ-qara şəkillərini təqdim edirik.