Miri Yusif möhtəşəm konsertə hazırlaşır

Miri Yusif möhtəşəm konsertə hazırlaşır
1817 dəfə oxunub
  • A-
  • A
  • A+
Repçi Miri Yusif bu gün mətbuat nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi jurnalistlərlə söhbətində iyunun 28-də baş tutacaq solo konsertindən danışıb.

“Yaşıl Teatr”da keçiriləcək gecədə müğənni hit mahnıları ilə sevənlərini feyziyab edəcək.

Miri Yusif bildirib ki, konsertə hər kəsin gələ bilməsi üçün biletlərin qiymətini baha etməyib: 

“Pərəstişkarlarımı çox xərcə salmaq istəmədim. Qərara aldım ki, biletlər ucuz olsun”.

Foto: Rəşad ABBASOV