"Sevgi ödülü" sahiblərinə qovuşdu

"Sevgi ödülü" sahiblərinə qovuşdu
2458 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün şəhər restoranlarının birində mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunan gecəyə müğənnilər, aparıcılar və digər incəsənət nümayəndələri qatılıb. Azərbaycan mədəniyyəti və incəsənətində göstərdikləri xidmətə görə sənətçilərə “Sevgi ödülü” verilib.

Mükafat alanlar sırasında xalq artisti Amaliya Pənahova, Ağaxan Abdullayev, Məleykə Əsədova, Brilliant Dadaşova, bəstəkar Nailə Mirməmmədli, Hacı Nazim, modelyer Fəxriyyə Xələfova, əməkdar artist Mətanət İsgəndərli, müğənni Elton və digərləri olub.

Foto: Rəşad ABBASOV