Hər zaman gənc görünən teleaparıcı Nərgiz Cəlilova gözəllik sirlərindən danışıb.
Axşam.az saytına açıqlamasında Nərgiz xanım hər zaman təravətli qalmaq üçün idmanla məşğul olduğunu deyib.
Aparıcı heç vaxt pəhriz saxlamadığını da etiraf edib:
“Çalışıram hər zaman əhvalımı yüksək tutum. Bu, məni təravətli göstərir. Heç vaxt xüsusi pəhriz saxlamıram. Yeməyi çox sevirəm və onsuz qala bilmərəm. Bununla belə, çalışıram az-az və tez-tez yeyim. Üzümə qulluq edirəm, maskalar qoyuram.
İdman zallarına getmirəm. Özümün xüsusi hərəkətlərim var ki, onları edirəm. Bir də üzməyi sevirəm. Tez-tez olmasa da, hərdən məşğul oluram. Tamaşaçı qarşısına çıxanda pozitiv görünməyə çalışıram”.
Zəhra Əhmədova