İvana Sərt bu evdə yaşayır

İvana Sərt bu evdə yaşayır
4574 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan tamaşaçısına Türkiyədə yayımlanan “Bu gün nə geyinsəm” verilişindən tanış olan modelyer İvana Sərt evini nümayiş etdirib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, İvananın bahalı evi Ləvənt səmtindəki binanın ən üst mərtəbəsində yerləşir.

Səkkiz ildir burada yaşayan modelyerin 350 kvadrat metrlik evi geniş zal, dörd yataq otağı və üç hamamdan ibarətdir.

İvana həmçinin bildirib ki, gələcəkdə meşənin içərisində hovuzu və baxçası olan bir villada yaşamağı xəyal edir.