İyunun 1-də Qəbələdə konsert verəcək məşhur türkiyəli müğənni Nilufər ötən gün Bakıya gəlib.
Axşam.az lent.az-a istinadən sənətçinin müsahibəsini təqdim edir.
- Bakıya neçənci səfərinizdir?
- Bir dəfə paytaxtınızda konsertim olub. Ümumilikdə, götürsək Azərbaycana ikinci səfərimdir.
- Azərbaycandan hər hansı bir sənətçini tanıyırsınızmı?
- Mən indi hər hansı bir müğənnin adını deyə bilmərəm. Çünki mən sizin lap keçmişdə olan müğənnilərinizi tanıyıram. Çoxu bəlkə də həyatda yoxdur. Dünyalarını dəyişiblər. Ona görə də ad çəkməyim.
- Konsertinizdə sizinlə eyni səhnəni hər hansı bir azərbaycanlı müğənni paylaşacaqmı?
- Hə. Olacaq. Amma o müğənninin adını yadımdan çıxartmışam.
- Biz bildiyimiz qədəri ilə əməkdar artist Manana da sizinlə eyni səhnəni paylaşacaq.
- Bəli. Adı indi yadıma düşdü. Mənimlə eyni səhnəni paylaşacağını eşidəndə, internetdə axtarıb baxdım.
-Bəs, Azərbaycan musiqisini dinləyirsinizmi?
-Bəli. Əllbəttədəki mən Azərbaycan musiqisinə heyranam. Sizin mahnılarınızı çox bəyənirəm.
-Bilirik ki, bu gün sizin doğum gününüzdür. Qeyd etdinizmi?
-Hə. Dostlarım sağ olsunlar kiçik bir ad günü keçirtdik. Balaca bir tort da kəsdik. Mən də buna görə çox məmnun oldum.
- Bakıya kiminlə gəldiniz?
- Yox. Tək deyiləm. Qızım Ayişə Nazlı və 11 nəfərlik orkestramla gəlmişəm. Həftə sonu olduğu üçün qızımı da Bakıya gətirməyi qərara aldım.