Müğənni Roza Zərgərli Beynəlxalq Uşaqlar günü münasibətilə Amerika Səfirliyinin dəstəyi çərçivəsində konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın məlumatına görə, konsert zamanı sənət dostları İlahə İbadova, Cəmil Məmmədli, Cahan Qrupu, reper Qurd və başqaları müğənnini yalnız buraxmayıb.
Təşkilatçı Kamal Bilalov və prodüser Mehri Əliquliyeva konsertin gedişatından razılıq bildiriblər. Onların sözlərinə görə, müğənninin Amerika Səfirliyinin dəstəyi ilə daha bir neçə konsert proqramı baş tutacaq.