Müğənni Nadir Qafarzadə bundan sonra qalmaqal etməyəcək.
O, Axşam.az saytına açıqlamasında həmkarlarına ucuz söz-söhbətlərdən uzaq durmalarını tövsiyyə edib:
“Mən artıq əvvəlki Nadir deyiləm. Bundan sonra heç bir qalmaqalda adımın hallanmasına icazə verməyəcəm. Ancaq sənətimlə, işlərimlə gündəmə gələcəyəm. İndi heç qalmaqala əhəmiyyət verən tamaşaçı da yoxdur. Belə şeylər çox adiləşib. Son vaxtlar yalnız əcnəbi rejissorlarla işlərimlə, maraqlı kliplərimlə gündəmdəyəm. Demək belə şeylərlə də sevilmək, tanınmaq olur”.