“Təhminə və Zaur” filmindən tanıdığımız aktrisa Meral Konrat uzun müddətdir ki, Bakıdadır. Axşam.az-ın məlumatına görə, istirahət üçün şəhərimizi seçən aktrisa bu gün baş tutacaq “V&V” mükafatlandırma mərasimində iştirak edəcək. Meral Konratın yeni fotolarını təqdim edirik.