Bu gün gənc müğənni Aysel Əlizadənin 23 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, ad günündə sənətçiyə yaxın dostlarından biri at hədiyyə edib.
Hədiyyədən məmnun qalan Aysel özü də at ilindən olduğunu bildirib. Atla tanış olan sənətçi, çapmaqda hələ pərgar olmasa da, onunla rəftar etməkdə təcrübəli olduğunu deyib.
“Bu təcrübəni ara-sıra at minmək həvəsi yaradıb. Öz atımla vaxtaşırı maraqlanandan sonra çapmağı da bacararam” – deyən sənətçi özəl günündən danışdı.
Onun sözlərinə görə, bu günü ailə üzvləri ilə birgə keçirəcək:
“Qismət olsun, yubileyimi sənət dostlarım, ailəmə yaxın insanlarla birgə qeyd edərəm”.