Nazir “Azdrama”da baş verənlərlə bağlı iclas keçirəcək

Nazir “Azdrama”da baş verənlərlə bağlı iclas keçirəcək
1561 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyinin son vaxtlar Akademik Milli Dram Teatrında baş verən qalmaqal və narazılıqlarla bağlı məsələyə müdaxilə edəcəyi gözlənilir.

Axşam.az-ın lent.az-a istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin bununla bağlı keçiriləcək iclasda iştirakı da deyilir. 
 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun veridyi məlumata görə, nazirlik Akademik Milli Dram Teatrında baş verənlərə biganə qalmayacaq:

“Oradakı məsələlərə baxılacaq. Bu dəqiqdir. Hələ iyul ayından bu barədə məlumat vermişdik. Amma hansı formada baxılacağı yaxın günlərdə açıqlanacaq”.
 
Teatrın aktyorları bu barədə dəqiq informasiyaya malik olmadıqlarını bildiriblər. Onlar da nazirliyin sənət ocağında baş verənlərlə bağlı münasibətini gözlədiklərini əlavə ediblər.