İngiltərənin “Arsenal” klubunun məşhur futbolçusu Teo Valkot son subaylıq günlərinin dadını çıxarır.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, Valkot Las Veqasda keçirdiyi tətilində həm mövsüm yorğunluğunu çıxarıb, həm də toyöncəsi enerji toplayıb.
Lüks bir hotelin hovuzunda dostlarıyla birgə əylənən futbolçunun ətrafında gözəl qızlar əskik olmayıb.
Qeyd edək ki, 24 yaşlı Teo 7 ildir birlikdə olduğu sevgilisi Melanie Slade ilə bu yaxınlarda ailə həyatı quracaq.