ABŞ-ın tanınmış siması ana oldu

ABŞ-ın tanınmış siması ana oldu
2362 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki ana olub.

Axşam.az-ın "anspress"ə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki “Twitter” səhifəsində ana olması barədə məlumat yayıb. Məlumatda qız uşağının avqustun 14-də dünyaya gəldiyi deyilir.

Sabiq məmur bunu gənc valideynlərə bir ilədək ödənişli məzuniyyətin verilməsi ilə bağlı təşəbbüsə yazdığı şərhdə deyib:

“Cavan ana kimi bu gözəl təşəbbüsün müəlliflərinin əllərini sıxıram”.

Deyilənlərə əsasən, uşağın adını Jenevyova adlandırıblar. Psakinın həyat yoldaşı Qreqori Meçeranı qızının olması ilə bağlı hamı təbrik edib.

Cen Psaki 2013-cü il fevralın 11-dən 2015-ci ilin martın 31-dək ABŞ Dövlət Departamentinin nümayəndəsi postunu tutub.

Sonra o, hamiləliklə bağlı məzuniyyətə gedib və bununla əlaqədar olaraq öz postunu tərk edib.