2009-cu ildə dünyasını dəyişən pop musiqisinin kralı Maykl Ceksonun yataq otağının fotoları ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, Los-Anceles polis idarəsi tərəfindən yayımlanan şəkillərdə otağın hər yanında dərman şüşələrinin olması diqqət çəkib. Malikanənin tibbi avadanlıqlarla təchiz olunmasına səbəb kimi Mayklın ölümdən çox qorxması göstərilib. Otaqda balaca uşaq şəkilləri və Çarli Çaplinin portreti də tapılıb.
Qeyd edək ki, həkim Konrad Murray 2009-cu il iyunun 25-də musiqiçiyə miqdarından artıq narkoz verərək ölümünə səbəb olmuşdu. Konrad bu səbəbdən 4 il azadlıqdan məhrum edilib.