Putin azərbaycanlı rəssama mükafat verdi

Putin azərbaycanlı rəssama mükafat verdi
899 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya Günündə Rusiyada elm və texnologiyalar, ədəbiyyat, incəsənət və humanitar fəaliyyət sahələrində görkəmli nailiyyətlərə görə dövlət mükafatları təqdim edib.

Axşam.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, 14 laureat arasında həmvətənimiz, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı Tahir Salahov da olub. O, təsviri sənətin inkişafına verdiyi töhfəyə görə Rusiya dövlət mükafatına layiq görülüb.

Böyük Kreml sarayının Georgi zalında keçirilən təntənəli mərasimdə Rusiya Prezidenti tədbir iştirakçılarını Rusiya Günü münasibətilə təbrik edib.

Prezident V.Putin Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahova mükafatı təqdim edərkən deyib:
 
“İnanıram ki, Rusiyanın Xalq Rəssamı Tahir Teymur oğlu Salahovun yaradıcılığı da gələcək nəsillər üçün az əhəmiyyət daşımayacaqdır. Onun əsərləri bizim tariximizin bir neçə dövrünü əks etdirir, hadisələr, insanlar, onların keçirdiyi hisslər barədə hamımız üçün anlaşıqlı dildə söhbət açır”.

Avrasiyada bəşəriyyətin ən qədim tarixinin və müasir anatomik tipli insanın formalaşmasının öyrənilməsi sahəsində görkəmli kəşflərinə və əsərlərinə görə Anatoli Derevyanko, bioloji müxtəlifliyin öyrənilməsi, onun qorunub saxlanması və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində fundamental silsilə işlərinə görə Qleb Dobrovolski (ölümündən sonra), Dmitri Pavlov və Andrey Adrianov, atom reaktorlarının korpusları üçün yüksək radiasiyaya davamlı materialların yeni sinfinin və onların istismar müddətinin artırılmasına görə Georgi Karzov, Yaroslav Ştrombax və Aleksey Dub, strateji təyinatlı “Yars” raket kompleksinin yaradılmasına görə Yefim Mejiritski, Sergey Nikulin və Viktor Şurıgin RF dövlət mükafatlarına layiq görülüb.

Sergey Miroşniçenko ədəbiyyat və incəsənət sahəsində, Valentin Rasputin humanitar fəaliyyət sahəsində görkəmli nailiyyətlərə görə RF Dövlət Mükafatı Laureatı olub.