Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva müğənniliyə başlayıb.
Axşam.az-ın məlumatına görə, qızı ilə birlikdə ATV telekanalında yayımlanan “Gün keçir” verilişinə qonaq olan aktrisa övladının irəli getməsi üçün çalışdığını deyib:
“Nigar uşaq yaşlarından mahnı oxuyur. Gözəl səsi var, amma onun irəli getməsinə kömək etməyə maddi imkanım yoxdur. Qızımın istedadının batıb getməsini istəmirəm. O, həm də aktrisa kimi fəaliyyət göstərir. Mən Nigarın aktrisalıqdan çox, müğənni kimi tanınmasını istəyirəm”.
Qeyd edək ki, Nigar Qarayeva “Bacanaqlar” serialında Sevda obrazını canlandırıb.