Castin Biberdən ehtiraslı klip
Kanadalı pop ulduz Castin Biber yeni klipini təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı "What Do You Mean" (“Sən nəyi nəzərdə tutursan”) mahnısını ekranlaşdırıb.
Klipdə Castinin tərəf müqabili “Victoria's Secret”in modeli Kseniya Deli olub.
İki gəncin arasındakı sevgi macərasından bəhs edən ekran işi ehtiraslı səhnələri ilə yadda qalıb.