İlham Əliyevin nəvəsinin 1 yaşı oldu (Foto)

İlham Əliyevin nəvəsinin 1 yaşı oldu (Foto)
14389 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin nəvəsi, Arzu Əliyevanın oğlu Aydının 1 yaşı tamam olub.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə onlara məxsus olan “Facebook” səhifəsində məlumat paylaşılıb. Məlumatda qeyd olunur ki, prezident İlham Əliyevin ikinci qızı Arzu Əliyeva və Səməd Qurbanov cütlüyünün övladının 1 yaşı tamam olub.

Qeyd edək ki, bu, dövlət başçısının üçüncü nəvəsidir. Prezidentin böyük qızı Leyla Əliyeva 2006-cı ilin aprelində tanınmış iş adamı Emin Ağalarovla ailə qurub, 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.