“Taksi”nin məşhur aktyoru ATV-yə belə gəldi (Foto)

“Taksi”nin məşhur aktyoru ATV-yə belə gəldi  (Foto)
3534 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röyanın dəvəti ilə paytaxtımıza gələn məşhur “Taksi” filminin aktyoru Sami Naseri Bakıda sevimli avtomobilini sürüb.

Axşam.az-ın məlumatına görə, Naseri bu gün Röyayla birgə ATV telekanalında yayımlanan “Gün keçir” verilişində qonaq olub. Aktyor telekanalın həyətinə filmdəkinin eynisi olan ağ taksi ilə gəlib. Müğənni Röya da onunla birlikdə avtomobildə olub.

Qeyd edək ki, bu gün ad gününü qeyd edən Röya Sami Naseri ilə çəkdirdiyi “Günahsız günahım” klipini ilk dəfə qonaq olduğu verilişdə təqdim edib.