“Gəncləşən muğam -4” adlı konsert keçiriləcək

“Gəncləşən muğam -4” adlı konsert keçiriləcək
1582 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə gənc xanəndələrin “Gəncləşən muğam -4” adlı konserti təqdim ediləcək.

Sarayın mətbuat xidmətindən axşam.az saytına verilən məlumata görə, bu konsert Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovla əməkdar artistlər - tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.

Muğam gecəsində əməkdar artist, xanəndə Təyyar Bayramov başda olmaqla muğam ifaçıları - Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Aksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış edəcəklər. Xanəndələri tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov, Səxavət Məmmədov, Maşallah İsgəndərov, Sənan Əliyev, Ruslan Həsənov, Tofiq Məmmədov, Elnur İbrahimov, Adil Əliyev, Mirhüseyn Əsədullayev, Orxan Abdullayev, kamançada isə Ceyhun Muradov, Sevinc Qədimova, Araz Ağaverdiyev, Təbriz Yusubov, Elnur Salahov, Elvin Novruzov , Pərviz Fərhadov, Niyaməddin Allahverdiyev, Qiyas Qurbanlı, Elvin İbalı, Elnur Salahov, Siruz Məmmədli, Hikmət Abdullayev və Cahandar Mikayılov müşayiət edəcəklər.