Xalq artisti Aygün Kazımova ilə Brilliant Dadaşova arasında yeni qalmaqal yaranıb.
Axşam.az-ın məlumatına görə, Aygün Kazımova İnstaqram səhifəsində B.Dadaşovanın şəkilini paylaşaraq fotonun altından bu sözləri qeyd edib:
“Brilliant Dadaşova: “Namiq çox yaraşıqlı oğlandır”. Onun paylaşdığı bu şəkil və şərh sosial şəbəkədə böyük müzakirələrə səbəb olub.
Brilliant Dadaşova isə açıqlamasında məsələyə belə münasibət bildirib:
“Burada başa düşməli nə var ki? Sadəcə məndən yazmaq, danışmaq lazımdır ki, diqqət mərkəzində ola bilsinlər. Bu şəkildə nə var axı, şəkildir də. Uzun müddət əvvəl jurnalist Cavanşirin toyunda çəkilib".