Bu gün müğənni Ramal İsrafilovun ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçi 1985-ci ildə Şamaxı şəhərində anadan olub.
Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cü ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.
1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox böyük səhnələrdə həmin ansamblnan çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərayzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərdi. 2009-cu ildə solo karyerasına start verib və hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.
Axşam.az saytının kollektivi Ramalı ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.