Türkiyəli məşhur modelyer, daha çox “Bu gün nə geyinim” verilişindən tanınan Hakan Akkaya saxlanılıb.
Axşam.az-ın məlumatına görə, ötən gün İstanbulda keçirilən əməliyyat nəticəsində küçədə narkotik satışı ilə məşğul olanan 9 nəfər yaxalanıb. Modelyerin satıcılarla təmasa keçərək onlardan narkotik vasitə aldığı iddia edilib. Narkotik maddə aludəçisi olub-olmadığını müəyyənləşdirmək üçün Hakan Akkayadan qan analizi götürülüb.
Modelyer məsələylə bağlı jurnalistlərə danışmaq istəməyib. Onunla bərabər daha 10 nəfərin polis idarəsindəki sorğu-sualı davam edir.
Qeyd edək ki, Hakan Akkaha bir neçə gün öncə Bakıya gəlib. O, ATV telekanalında yayımlanan Ruhinin "Özünə bax" verilişində münsif kürsüsündə əyləşib.